Bakıda piyadanı maşın vurdu

23:33 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

Şağan qəsəbəsində yolu keçən 1961-ci il təvəllüdlü Quliyev Məmməd Nəriman oğlunu minik avtomobili vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.