Bakıda piyadanı maşın vurdu

20:17 06.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində avtomobil yolu keçən 1941-ci il təvəllüdlü Rzayev Ağahüseyin Gülmirzə oğlunu vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır (report).