Bakıda qadın qətlə YETİRİLDİ

11:45 23.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamalda qətl hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, avqustun 23-də saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. apa