Bakıda şirkət rəhbərinə cinayət işi açıldı

12:23 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1 190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Bu barədə hafta.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.