Bakıda su kanalında kişi meyiti tapılıb

19:10 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda su kanalında kişi meyiti tapılıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 112 xidmətinə Sabunçu rayonunda, su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mehdiyev Məhəmməd Nəriman oğlunun meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.