Bakıda tapança satan şəxs tutuldu

14:55 20.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda odlu silah satan şəxs tutulub.

Hafta.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirallahı RPİ-nin Cinayət Axtarış Şöbəsinin keçirdiyi əməliyyatla üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı RPİ-də araşdırmalar davam etdirilir.