İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanda həbsdə olan bəzi İran vətəndaşı məhbuslarla bağlı fikir bildirib.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, nazir müavini jurnalistlərin sualına cavab olaraq deyib ki, Azərbaycanda saxlanılan və ya həbsdə olan İran vətəndaşlarına qarşı “pis rəftarla bağlı çoxsaylı xəbərlər” alıblar. O, bununla bağlı həm birbaşa Bakıda, həm də Tehrandakı Azərbaycan səfirliyinə “narahatlıqlarını” bildirdiklərini deyib.
“Bəzi hallarda vətəndaşlarımızın həbsindən iki-üç il keçməsinə baxmayaraq, hələ də onlarla konsultasiya həyata keçirə bilməmişik. Bundan əlavə, bizim Azərbaycanla məhkumların təhvil verilməsinə dair sazişimiz var ki, bu müqavilə əsasında çox sayda məhkumu İrana köçürə, bununla da problemlərin həllinə kömək edə bilərik”, - nazir müavini deyib.