Bakının Qarabağdakı ermənilərlə danışıqlarda ƏSAS ŞƏRTİ AÇIQLANDI

19:59 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xankəndi ilə danışıqlara başlamaq üçün şərt olaraq separatçı ordunun qalıqlarının ləğv edilməsini tələb edir.

Hafta.az bildirir ki, bu barədə rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki separatçı rejimin xunta başçısı Arayik Arutyunyan deyib.

“Onlar (Azərbaycan - red.) bizə qaz və işıq verməyə hazırdırlar, amma bunun üçün Bakıya getməliyik. Sual: niyə Bakıya getməyək? Çünki Bakı bu gün bizimlə yalnız bir mövzunu - inteqrasiyanı müzakirə edir”, - deyə o, bildirib.

Arutyunyan bəyan edib ki, Azərbaycan bu gündəmi tək Qarabağ erməniləri ilə görüşdə deyil, həm də BMT-də və Blinken-Mirzoyan-Bayramov danışıqlarında təbliğ edir.

“Azərbaycan bizə deyir: Danışıqlar masasına oturulacaq ilk məsələ ordunun buraxılmasıdır. Yaxşı, gedək - ordunu buraxın və danışıqlara gedək. Ardıcıllıq isə belə olacaq: biz ordunu dağıdırıq, dövlət idarə sistemini ləğv edirik, icma seçkiləri mexanizmini yaradırıq, bundan sonra qaz, işıq verib, bizə avtomobil yolu ilə getmək imkanı verəcəklər, amma artıq Azərbaycan vətəndaşı kimi” Arutyunyan deyib. 

Siyasət rubrikasından digər xəbərlər