Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 6-da Avropa Oyunları Parkında həvəskarlar arasında “Baku Triathlon 2019” turniri keçiriləcək.
Hafta.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış sprint məsafəsi üzrə baş tutacaq.
İştirakçılar 0,5 kilometr üzgüçülük, sonra velosipedlə 20 kilometr qət etmə və 5 kilometr qaçışla məsafəni tamamlayacaqlar.
Müxtəlif yaş kateqoriyasında keçiriləcək turnirdə komanda estafetində də qaliblər müəyyənləşəcək.