Balakəndə ikimərtəbəli evdə yanğın olub

22:18 09.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən şəhərində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.