Balakəndə yol polisi qaydaları pozan sürücülər barəsində protokol tərtib edib - FOTO

23:23 14.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub ki, yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.