Balıq tutmağa gedənlər torpaq uçqunu altında qaldılar

10:30 20.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu ərazisində torpaq sürüşməsi olub.

Hafta.az xəbər verir ki, hadisə Qobustan ərazisində baş verib.

1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatı qoparaq üzərinə tökülüb. Nəticədə, o, hadisə yerində ölüb, hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.