Ballistik raketin qəlpələri 4 əcnəbini yaralayıb

08:39 19.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ər-Riyad şəhərinin səmasında zərərsizləşdirilmiş ballistik raketin qəlpələrinin yaşayış məntəqəsinə düşməsi nəticəsində dörd əcnəbi yaralanıb.

Hafta.az xəbər verir ki, bunu Səudiyyə Mülki Müdafiə Xidmətinin sözçüsü bildirib. 

Sözçü vurğulayıb ki, mülki obyektlərin hədəfə alınması cəhdləri beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.