Baş nazir Türkiyənin Vitse-prezidentini Respublika Günü münasibətilə təbrik edib

12:26 29.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə hafta.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyin bariz ifadəsi kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindədir.

Siyasət rubrikasından digər xəbərlər