Baş nazirin iştirakı ilə bir gündə 224 milyon ağac əkildi

12:08 31.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Efiopiyada bir gün içində 200 milyon ağac əkərək dünya rekordunu yeniləyiblər.

Hafta.az yazır ki, ağacəkmə kampaniyası zamanı ölkənin bir çox yerlərində məktəb və dövlət idarələri bağlanılıb. Baş nazir Abid Əhməd vətəndaşlara xitabən "bayıra çıxın, ölkəmizin yaşıllaşdırılması prosesdə iştirak edin" çağırışı səsləndirib. 

Baş nazir Abid Əhmədin sözlərinə görə, bir gün ərzində ölkənin hər yerində ümumilikdə 224 milyondan artıq fidan əkilib və bununla da az müddət öncə Hindistanın əldə etdiyi dünya rekordu dəyişdirilib. Baş nazir öz payına düşən ağacları Arba Minç şəhərində əkib.

Proqrama əsasən, baş nazir Əhmədin bu ilin may ayında start verdiyi ağacəkmə kampaniyası çərmivəsində ümumilikdə 4 milyard ağacın əkilməsi planlaşdırılıb.