Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib - FOTO

20:44 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Hafta.az xəbər verir ki, general-leytenant Kərim Vəliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.