Batmaqda olan 4 nəfər xilas edilib

23:52 22.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün “Hövsan” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən dörd nəfər batma təhlükəsi ilə üzləşib.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, onlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.