Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden Rusiya ordusu Ukrayna ərazisini tərk etməyənə qədər münaqişənin həll olunmayacağını bildirib.
“Putin qoşunlarını Ukraynadan çıxarmayana qədər münaqişənin həll olunacağını düşünmürəm”, deyə Bayden xarici turneyə yola düşməzdən əvvəl jurnalistlərə bildirib. Baydenin sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.