Bayram münasibətilə 761 məhkum əfv olundu

09:15 21.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Kralı VI Məhəmməd, Anayasanın 58-ci maddəsini əsas götürərək, Qurban bayramı münasibətilə 761 məhkumun sərbəst buraxılması haqqında fərman imzalayıb. 

Hafta.az-ın yazdığına görə, Mərakeş Ədliyyə Nazirliyinin yaydığı yazılı açıqlamaya əsasən, törətdikləri fərqli cinayətlərdən dolayısı məhkum edilmiş 761 nəfərin əksəriyyəti həbsdən azad ediləcək, qalan az qisminin isə həbs müddəti yarıya endiriləcək.