BBF-in yeni prezidenti seçilib

17:47 29.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni prezidenti müəyyənləşib.

Hafta.az-ın məlumatına görə, FIBA-nın Çinin paytaxtı Pekində keçirilən konqresi çərçivəsində reallaşan prezident seçkisində malili Hamane Nyanq yekdilliklə bu postda layiq bilinib.

Seçkidə quruma üzv olan 156 milli federasiyanın nümayəndəsi iştirak edib.

Bunadək FIBA-nın vitse-prezidenti, eyni zamanda Afrika üzrə prezidenti olan Nyanq 2023-cü ilə qədər quruma rəhbərlik edəcək. O, bu postda 2014-cü ildən prezident olan argentinalı Orasio Muratoreni əvəzləyib.