Yazını böyüt
Yazını kiçilt
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.
Hafta.az-a xəbər verir ki, A.Musayev 75 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 2004-cü ildən BDU-da işləyib.