BƏƏ İrandan atılan dörd raket və altı PUA-nın ələ keçirib

16:25 15.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İranın dörd ballistik raketini və altı pilotsuz uçuş aparatını ələ keçirib.

Bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"15 mart 2026-cı ildə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan 4 ballistik raket və 6 dronu ələ keçirib", - deyə qeyd olunub.

Beləliklə, eskalasiyanın başlanğıcından bəri 298 ballistik raket, 15 qanadlı raket və 1600-dən çox dron ələ keçirilib.