Bələdiyyə sədrindən xəbərdarlıq: “4 faiz suyumuz qalıb”

09:15 17.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin iri şəhərlərini içməli su ilə təmin edən anbarlarda suyun səviyyəsi narahatverici şəkildə enməkdədir.

Hafta.az-ın yazdığına görə, Keşanda yerləşən Kadıköy bəndində suyun səviyyəsi heç vaxt olmadığı qədər enməklə böhran vəziyyəti yaradıb. Su tutumu 56 milyon kubmetr olan bəndin su miqdarı quraqlıq səbəbindən hazırda 2,5 milyon kubmetrə qədər azalıb.

Keşan Bələdiyyəsinin rəhbəri Mustafa Halvacıoğlu, bənddə quraqlıqdan dolayısı suyun səviyyəsinin enməsinə diqqət çəkib. O, "Quraqlıq öz sözünü deyir, 56 milyon kubmetr tutumlu Kadıköy bəndində cəmi 4 faiz su qalıb” deyib.

Halvacıoğlu suya qənaətin töhfəsini vurğulayaraq, "Susuz qalmayacağıq, çarəni tapacağıq, amma demək istəyirəm ki, sudan qənaətlə istifadə etməliyik. Su puldan daha qiymətlidir. Xahiş edirəm, paltar, qab-qacaq yuyanda, lap elə özünüz yuyunanda, dişlərinizi fırçalayanda, dəstəmaz alanda belə sudan diqqətli istifadə edin. İrəlidə su tapa bilməyəcəyiniz günlər gəlir gəlir” deyə xəbərdarlıq edib.