Yazını böyüt
Yazını kiçilt
Nigeriyada benzin tankerinin partlaması nəticəsində 50 fəhlə yanaraq külə dönüb.
Hafta.az Reuters-ə istinadla bildirir ki, hadisə ölkənin Benue əyalətində baş verib. Partlayış nəticəsində daha 70 nəfərin ağır dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlarla fəhlənin itkin düşdüyü vurğulanır.
Verilən məlumata görə, hadisə fəhlələrin qəzaya uğrayan tankerdəki benzin və neft qalıqlarını təmizləyərkən meydana gəlib. Partlayışdan sonra güclü alov yaxınlıqdakı evləri də külə döndərib.
Partlayışın hansı şəraitdə baş verdiyi araşdırılır. Cinayət işi açılıb.