Bərdədə 4 kq marixuana aşkarlanıb

10:29 05.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov saxlanılıb.

DİN-in mətbaut xidmətindən hafta.az-a verilən xəbərə görə, ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.

Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayıș evindən oğurluq etdiyi də müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.