Bərdədə 50 yaşlı kişini maşın vurub öldürdü

17:38 02.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bərdə rayon Qarağacı kənd sakini 1990 - cı il təvəllüdlü Surxay Ağalarov idarə etdiyi "Vaz - 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1971- ci il təvəllüdlü Ağdam rayon sakini Əliyev Zakir Lələkişi oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Z.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.