Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə bağlayıb

18:28 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Y-nin anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən “tərbiyələndirmək məqsədi” yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar. Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu virtualaz.org-a deyib ki, məsələ komitənin nəzarətinə götürülüb. Ana Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayev saxlanılıb, onlar barəsində cinayət işi başlanılıb.

*** 

16:02

Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Y-nin anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən “tərbiyələndirmək məqsədi” yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar. Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. (Qafqazinfo)

Oxunma sayı 626