Bərdədə batan yeniyetmə KİMDİR?

10:20 01.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə suda boğulan 16 yaşlı oğlanın kimliyi açıqlanıb.

Hafta.az xəbər verir ki, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində baş verib.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nihad Bəhrəm oğlu Rüstəmov həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.