Yazını böyüt
Yazını kiçilt
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, rayonun Mustafaağalı kənd sakini M.İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Qubad Bayramovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.