Berlin Filarmonik Operası "Kremllə olmaq" ittihamı ilə Qərb ölkələrində bir çox müqavilələri ləğv edilən məşhur rus opera müğənnisi Anna Netrebkoya qapılarını yenidən açmağa qərar verib. Açıqlamada Netrebkonun Ukraynaya qarşı müharibəni pisləyən açıqlamasına diqqət çəkilərək, “ona daha bir şans verilməsi və tamaşaçılardan ayrılmaması qərara alındı” ifadəsi işlədilib.
Hafta.az-ın yazdığına görə, Netrebkonun sentyabrın 15-də Staatsoper Unter der Lindendə Cüzeppe Verdinin "Makbet" əsərində bu mövsüm ilk dəfə çıxış etməsi planlaşdırılır.
Keçən il mart ayının əvvəlində Netrebko ilə bütün müqavilələri ləğv edən Berlin Operası son açıqlamasında, "Opera Ukraynada müharibə başlamazdan əvvəl və sonra davranış arasında fərq qoymağı vacib hesab edir. O vaxtdan bəri Anna Netrebko bunu təsdiqlədi. Onun Rusiyada konsert vermək fikri yoxdur.
Bəyanatda bildirilir ki, Netrebko Ukraynadakı müharibəni qəti şəkildə pisləyib və heç bir siyasi partiyanın üzvü olmadığını, Rusiya liderləri ilə məsafə saxladığını deyərək açıq mövqe tutub. “Bunlara əsasən şərtlər daxilində bu sənətçiyə şans verilməli, tamaşaçılardan ayrılmamalıdır. Bir qurum olaraq bir tərəfdən Ukrayna ilə tam həmrəylik, digər tərəfdən sənətçilərimizə qarşı məsuliyyətli yanaşmamız var. Biz opera institutu olaraq dialoqa girmək, insanları musiqi təcrübəsində bir araya gətirmək və onları bir-birinə qarşı qoymamaq üçün bütün gücümüzlə çalışırıq”, - bəyanatda deyilir.
Digər tərəfdən, müxalifət qrupu operanın rusiyalı müğənni ilə əməkdaşlıq etməməsi tələbi ilə petisiyaya başlayıb. Kampaniyaçılar iddia edirlər ki, Netrebko “dəfələrlə kütləvi nümayişlər keçirməklə və Rusiya prezidenti Vladimir Putinlə şəkil çəkdirməklə, ondan mükafatlar almaqla və Kremldə 50 illik yubileyini qeyd etməklə Kremlə yaxınlığını nümayiş etdirib”.
Rusiyanın Ukraynaya qarşı amansız qanlı müharibəyə başlamasından sonra bir çox qurum, o cümlədən Bavariya Dövlət Operası və Nyu York Metropoliten Operası 52 yaşlı Netrebko ilə əməkdaşlığı dayandırıb.
2023-cü ilin martında məhkəmə Metropolitan Operasını ləğv edilmiş 13 konsert üçün sənətçiyə 200 min dollar ödəməyə məcbur edib.
İyunda Netrebko Cüzeppe Verdinin "Aida" operasında baş rolu oynayaraq, Romadakı Arena di Veronada mövsümü açıb. Sənətçinin 2023-2024-cü il mövsümündə Vyana Dövlət Operası, Milan La Skala və Paris Operası ilə yanaşı Berlində də səhnə alacağı gözlənilir.