“Beşiktaş”dan yeni transfer

17:43 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Hafta.az xəbər verir ki, İstanbul nəhəngi “Kayserispor”dan Gökhan Sazdağını transfer edib.

Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” 31 yaşlı sağ cinah müdafiəçisi üçün Super Liqa təmsilçisinə 1,5 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.