Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəfat edib

12:17 22.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano vəfat edib. Bu barədə "Reuters" xəbər verir.

Daha əvvəl "Reuters" baş direktorun 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu məlumat vermişdi.

72 yaşlı Yukiya Amano Agentliyə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəzifəsini icra edirdi.

Artıq Agentliyin mətbuat xidməti də məlumatı təsdiqləyib.