Bıçaqla oynayan 5 yaşlı uşaq öldü

09:44 02.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Hafta.az Report-a istinadən xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.