Biləsuvar sakini naməlum sürücü tərəfindən vurulub

22:05 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda piyada xəsarət alıb.

Piyadanın vurulması ilə nəticələnən hadisə axşam saatlarında rayonun Nəsimikənd kəndində baş verib.

Hələlik kimliyi məlum olmayan şəxsin idarə etdiyi avtomobil 1985-ci il təvəllüdlü Rauf Sadıqovu vurub. Xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.apa