Biləsuvarda keçmiş məhkumun avtomobilindən 5 kq narkotik götürülüb

13:21 02.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt sakinləri Biləsuvarda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mənsimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 292 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

E.Mənsimov və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb.