Binə qəsəbəsində kişi arvadını öldürüb özünü bıçaqladı - YENİLƏNİB - TƏFƏRRÜATLAR

12:36 09.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hafta.az Binə qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatları əldə edib.

Belə ki, qətlə yetirilən Elnarə Musayeva ilə Yadigar Cəfərov 2007-dən birlikdə yaşayıblar. Qeyri-rəsmi nikah münasibətlərində olmalarına baxmayaraq bu müddət ərzində onların iki övladı olub.

Mərhum Elnarə Musayevanın birinci ərindən isə bir övladı olub. Qətlin səbəbinin qısqanclıq olduğu bildirilir. Belə ki, tez-tez cütlük arasında münaqişələr yaranırmış. Bu səbəbdən Elnarə tez-tez evi tərk edirmiş. 

Ər-arvad hər ikisi hadisə baş verən günə qədər Binə qəsəbəsindəki istixanalardan birində işçi kimi çalışıblar.

***

Bakıda kişi həyat yoldaşını qətlə yetirib.

Xəzər rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, hadisə iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüş, daha sonra həmin bıçaqla özünə xəsarət yetirmişdir.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.