Binəqədidə ev yanıb

21:18 08.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ev yanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.