Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib

21:00 29.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif ediliblər. 

https://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1677673