Bir sıra idmançılar və idman mütəxəssisləri təltif edildi - SƏRƏNCAM

13:26 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilirlər:

Abdullayev Yaqub Bəkir oğlu

Ağarəhimov Cahangir Ağababa oğlu

Aslanova Elmira Aydın qızı

Bayramov Cahangir Tofiq oğlu

Əliyev Coşqun Ceyhun oğlu

Hüseynov Fikrət Akif oğlu

Məhərrəmov Azər Asif oğlu

Məmmədov Eduard Tofiq oğlu

Musayeva Vəfa Təbriz qızı

Rəcəbov Nurəddin Rəcəb oğlu.

Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilir:

Gözəlbəyli Zöhrab Katib oğlu

İmaməliyev Ələkbər Əbdülbağı oğlu

Qədimova İlahə Akif qızı

Mirəliyev Mövlud Mustafa oğlu.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Əliyev Qərib Tələt oğlu

Həsənov Tərlan Əliheydər oğlu

Xudiyev Asim Xəlil oğlu.