Bir TIR taxıl yola dağıldı

11:20 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda iri yük avtomobili aşıb.

Hafta.az xəbər verir ki, hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən taxıl daşıyan TIR qəfil aşıb və bütün yükü yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.

Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür. /Lent.az/