Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib

20:04 02.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı "İnstagram" hesabında paylaşım edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!".