Yazını böyüt
Yazını kiçilt
“Biz hər gün Ermənistan-Azərbaycan sərhədində, Ermənistan ərazisində, o cümlədən Laçın dəhlizinin girişində patrul xidməti həyata keçiririk ki, Brüsselə yeni hərbi proseslər və təhlükəsizlik hadisələri barədə məlumat verək”.
Hafta.az bu haqda Avropa İttifaqının Ermənistandakı missiyasının “Twitter” mikrobloqunda yayılan məlumatda deyilir.
“Buna görə də Aİ-nin mülki missiyasının qərəzsiz hesabatı birbaşa olaraq Avropa İttifaqının rəhbərlik etdiyi Cənubi Qafqazda sülh prosesinə töhfə verir”, - deyə hesabatda bildirilir.