Regionun geosiyasi mənzərəsi gərgin olaraq qalır. Ermənistanın dünya gücləri tərəfindən bu gün də ciddi qınanmaması mühüm reallıqları açığa çıxaran test rolunda çıxış edir, eyni zamanda, Azərbaycanın bundansonrakı “yol xəritəsi”nə işıq salır. Politoloq Natiq Miri “Həftə içi” qəzetinə müsahibəsində regionun geosiyasi mənzərəsinə diqqət çəkib, çox mühüm məqamlara toxunub.
– 44 günlük müharibənin başlanmasının 3-cü ilinə sayılı günlər qalıb. Bu üç il ərzində hərbi, siyasi, diplomatik müstəvidə hansı reallığı müşahidə edirik? Bölgədəki vəziyyət Azərbaycanın maraqları müstəvisində hansı durumdadır və hədəflərimizə doğru hara qədər irəliləyə bilmişik?
– Azərbaycan müharibədən qalib çıxmış tərəfdir. Bu qalibiyyətin özü ilə gətirdiyi bəzi üstünlüklər var. Bu üstünlükləri Azərbaycana vermək istəmirlər. Bunlar xristian dünyası və Ermənistanın havadar dövlətləridir. Azərbaycan öz qələbəsi ilə yeni reallıq yaratdı. Biz nə qədər “Dünya bu reallıqları qəbul edir” desək də, tam şəkildə belə deyil. Əgər bu reallıqlar qəbul edilsəydi, Ermənistan bu günə qədər, 3 il ərzində bizimlə şərt dili ilə danışmazdı. Necə ola bilər ki, Azərbaycan qalib tərəf olmaqla bərabər, bir də sülh əlini Ermənistana uzatdı. Üstəlik, beynəlxalq hüquqdan irəli gələn 5 prinsip irəli sürdü. O gündən-bu günə artıq 4-5 dəfədir, bu sülh mətni qarşılıqlı şərtlərlə bir-birinə ötürülməkdə davam edir. Siz elə bir müharibə görmüsünüzmü ki, məğlub tərəf qalib tərəf qarşısında konkret şərtlərlə danışsın? Hələ də öz ərazimizdə – Qarabağda suveren haqlarımızı təmin edə bilməmişik. Bu, Ermənistanın qüdrəti deyil. Ermənistana dil verən, onu idarə edən, bütövlükdə sülhün baş tutmaması üçün əngəlləyici kimi çıxış edən erməni havadarları var. Bu havadarlar müharibədən sonra yaranan reallıqların tamamilə boşa çıxması üçün Azərbaycana problemlər yaratmağa davam edirlər. Guya Qarabağda ermənilər acından ölür və bunu edən Azərbaycan süni blokada yaratmaqla etnik təmizləmə ilə məşğuldur. Bu məsələ humanitar hüquqdan gələn çox həssas mövzulardır. Məhz bu yöndə Azərbaycana beynəlxalq səviyyədə təzyiq mexanizmi yaratmaq istəyirlər ki, güzəştlər qoparıb Ermənistanın mövqeyini gücləndirsinlər, Qarabağla bağlı hüquq və təhlükəsizliyi uzun müddət müzakirə etməklə sonda bizi “statusa” razı salsınlar. Bunun üçün də Azərbaycan ərazisi olan Laçın yolunu müzakirə predmetinə çeviriblər.
Biz əsas etməli olduğumuzu zamanında edib 3 min şəhid verdik. Torpaqlarımızın böyük bir qismini azad etdik. Rusiyanı Qarabağa buraxmaqla özümüz üçün bir çox problemlər yaratdıq. Bu problemlərin əsas səbəbkarı Rusiya, həm də onunla regionda savaşan erməni havadarı Qərb dünyasıdır. Ona görə də düşünürəm ki, Azərbaycan birtərəfli qaydada hərbi-siyasi hadisələr yaratmaqla Qarabağ problemini birdəfəlik həll edə bilər.
– Danışıqlar prosesi bu məsələdə bizə nə vəd edir?
– Heç bir danışıq platformasında Qarabağ problemini həll edəcək qərar yoxdur və olmayacaq. Bütün platformaların hamısı erməni havadarı olaraq çıxış edirlər. Qarabağ məsələsi onlar üçün zəif bənddir. Zəif bənd onlara ona görə lazımdır ki, hər zaman bundan istifadə edərək, Azərbaycana təzyiq mexanizmləri yarada bilsinlər. Yəni Qarabağ yarasının sağalmasını nə Rusiya, nə Amerika Birləşmiş Ştatları, nə Avropa Birliyi, nə qonşu İran istəyir. Bu gerçəyi qəbul etmək lazımdır. Etməli olduğumuz işlər var və bunlar qətiyyətli siyasi iradəyə ehtiyac duyur. Laçın sərhəd-keçid məntəqəsini bütün dünyanı qarşımıza alaraq beynəlxalq hüquq çərçivəsində həyata keçirdiksə, bu reallığı qəbul etdirdiksə, yenə də ciddi siyasi iradə ortaya qoyaraq antiterror əməliyyatını keçirməliyik. Bu, Qrabağa müdaxilə etmək istəyən 3-cü, 4-cü 5-ci tərəfləri birdəfəlik oyundankənar vəziyyətə salacaq. Yalnız bundan sonra Azərbaycana inteqrasiya prosesindən danışmaq mümkündür. Yoxsa 10 minlərlə erməni ordusunun qalıqları Qarabağda ikən biz Rusiyanın moderatorluğu ilə ermənilərin reinteqrasiyasından danışırıq. Bu, necə ola bilər: separatçı rejimi qoruyan minlərlə erməni ordusu Azərbaycan ərazisində ikən reinteqrasiya necə həyata keçirilə bilər? Biz bura qədər irəliləyə bilmişik. Ən böyük uğurumuz Azərbaycanın öz sərhədlərini birtərəfli qaydada müəyyən edərək bütün strateji yüksəkliklərin Azərbaycanın əlində olmasıdır. Bunlar gələcəyə hesablanmış addımlardır. Ən böyük siyasi uğur Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Bununla ərazi bütövlüyümüzü təmin etmişik. Ancaq bu yetərli deyil. Bir də bu ərazilərdə bütün suveren hüquqlarımızı bərqərar etməliyik. Bundansonrakı atılacaq addımlar bu olmalıdır. Bu addım 2025-ci ilə saxlanılmalı deyil. Bu ilin sonuna qədər bir neçə gün ərzində antiterror sülh hərəkatı ilə erməni silahlı ünsürlər Qarabağdan çıxarılmalı və inteqrasiya prosesini özümüz başlamalıyıq. Mən niyə separatçı rejimin ləğvindən danışmıram: çünki bu qoşunlar çıxarılandan sonra separatçı rejimin rəhbərlərini burada saxlamaq mümkün olmayacaq. Onlar əsgərlərdən əvvəl rus vertolyotları ilə Ermənistana qaçacaqlar. İnteqrasiyanı başlatmaq üçün kimləsə danışmağa ehtiyac qalmayacaq. Azərbaycan Konstitusiyasını, qanunlarını qəbul edənlər qalacaq, istəməyənlər gedəcək. Məsələ bu qədər sadədir…
– Paşinyanın Prezident İlham Əliyevlə təcili görüş istəməsi nəyi ifadə edir?
– Qarşımızda hiyləgər düşmən var: bunlar alçaldıqca yüksələn bir etnosdur. Biz bunu nəzərə almalıyıq. Belə bir düşmənin sözünə inanıb ona etimad edilərmi? Xeyr. Bu gün Azərbaycan Dövlətinin ordusunun sadəcə hərəkətlənməsi yetərli oldu ki, Ermənistan rəhbərliyi böyük qorxuya düşsün. Bu hərbi əməliyyatların qarşısını almaq üçün Paşinyan yenidən telefonun yanında yatıb-durur. Bununla bütün dünyanın diqqətini regiona cəlb etməklə Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığını təqdim edir, Azərbaycanı aqressiv, işğalçı dövlət kimi göstərmək istəyir, digər tərəfdən dünya dövlətlərinin prosesə müdaxiləsi ilə antiterror əməliyyatının keçirilməsinin qarısını almağa çalışır. Məhz bu mərhələdə sentyabrın 11-i və 20-si arasında ABŞ-la Ermənistan ordusunun birgə hərbi təlimləri keçirilir. Bu, bir tərəfdən Rusiyaya, İrana yönəlik mesaj olsa da, ABŞ-ın gələcəkdə Ermənistana gəlməsinin qapısı aralanırsa, digər tərəfdən bu, Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə çəkindirici məqam olaraq çıxış edir. Bunlar heç də təsadüfi baş verən hadisələr deyil. Bu, Azərbaycan üçün çəkindirici hal olmamalıdır. Azərbaycana indiki vəziyyətdə kimsə heç nə edə bilməz. Azərbaycan beynəlxalq hüquqla haqlıdır, haqlı olduğuna görə də güclüdür. Azərbaycanı bu məsələdə qardaş Türkiyə müdafiə edir. Bununla bağlı hazırlıqlar da görülüb. Türkiyənin ordu rəhbərliyi Müdafiə Nazirliyi və Baş Qərargah rəisi Azərbaycana elə-belə gəlməmişdilər. Məsələnin bütün tərəfləri razılaşdırılıb və bu günün özündə də koordinasiya olunur. Bir də Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfərini düşünün. Bütün bu məsələlər hər cəhətdən - hərbi, siyasi, diplomatik yöndə dəstəklə bağlı razılaşdırılmış məsələlərdir. Bu kontekstdə əmin olun ki, Türkiyənin Azərbaycanın yanında olması bütün dünya dövlətləri üçün, o cümlədən ABŞ, NATO dövlətləri, Rusiya, qonşu İran üçün "dur" nöqtəsidir. Türkiyə Azərbaycanın yanında varkən heç kim regionda prosesə hərbi cəhətdən müdaxilə edə bilməz.
– Növbəti danısıqlar nə vaxt ola bilər, gözləntiləriniz nədir?
– Növbəti danışıqlar yalnız Nikol Paşinyanın indiyədək verdiyi vədlərin yerinə yetirildiyi və bu yöndə əməli fəaliyyət olduğu təqdirdə baş tutmalıdır. Əks təqdirdə, Brüssel görüşləri, Vaşinqton, Rusiya görüşləri heç nə verməyəcək. Bu dövlət yalan üstündə qurulub. Bu etnos yalançıdır, Nikol Paşinyan yalançıdır. Paşinyanın Türkiyə Prezidenti ilə baş tutan telefon danışığında ona bir çox gerçəkliklər başa salınıb. O, bu gerçəklikləri anladığını və bu yöndə fəaliyyət göstərəcəyini Türkiyə Prezidentinə söz verib. Amma yerinə yetirəcəklərmi? Sual buradadır.
“Azərbaycan Prezidenti ilə danışıqlara hazıram, indiyə qədər dediyim sözlərin arxasındayam”, - söyləyən Nikol Paşinyanın real dediklərini əməli fəaliyyətdə görmək istəyən Azərbaycan Prezidenti Paşinyanla görüşmək üçün heç bir cavab verməyib. Bu sualın cavabı ondadır ki, hər kəs ciddi, əməli fəaliyyət gözləyir. Əgər Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, bunu sənəddə öz imzası ilə təsdiq etməlidir. Qarabağ separatçı rejiminə ayrılan maliyyə birdəfəlik kəsilməli, Ermənistanın qalıq qoşunları Qarabağdan çıxarılmalıdır. Bu, onların ərazi iddiasından imtina etməsi anlamına gəlir. Bunaları görəcəyiksə, danışıqlardan danışmaq mümkündür, əks təqdirdə bu boş xülyadır.
– Ermənilər yenidən güc toplayır. Azərbaycana qarşı hərbi təxribatlar nə dərəcədə gözləniləndir?
– Ermənistan Qarabağı sözdə deyil, əməldə, sənəddə Azərbaycanın tərkib hissəsi kimi tanımayana qədər, sülh müqaviləsini imzalamayana qədər hərbi təxribatları davam edəcək. Bu onlar üçün sui-istifadə alətidir. Ermənistan Fransa, Hindistan, İran tərəfindən silahlandırılır. Bütün bunların fonunda Ermənistan Azərbaycanla müharibə etmək qüdrətində deyil və Paşinyan bunu gözəl anlayır. Ona görə də Azərbaycan ordusunun hərəkətlənməsi onu qorxuya saldı. Növbəti ciddi toqquşma Nikol Paşinyanın və Ermənistan dövlətinin məhvi ilə nəticələnə bilər. Onun son vaxtlar telefondan “sallanması” da bununla bağlıdır. Qarabağda antiterror əməliyyatlarının keçirilməsi belə Paşinyana, Ermənistana zərbədir. Bu, Paşinyanın mövqeyini sarsıdacaq və bu da Rusiya yönümlü qüvvələrin Ermənistanda mövqelərini gücləndirə, Paşinyanın birdəfəlik hakimiyyətdən atılmasına səbəb ola bilər. Əgər əməli fəaliyyətlər ortada görünməsə, Azərbaycanın antiterror əməliyyatı keçirməsindən başqa çıxış yolu qalmayacaq.
-Ağdam-Xankəndi yolunun açılması və rusların oradan erməni əhaliyə ərzaq yardımı aparması Rusiyaya və digər maraqlı dövlətlərə nə vəd edir?
-Əslində Ağdam-Xankəndi yolunun açılması böyük anlayışdır. Bir rus TIR-nın Xankəndiyə getməsi yolun açılması deyil. Yol o zaman açılmış olacaq ki, Ağdam-Xankəndi yolu ilə bərabər, Laçın-Xankəndi yolu da açılacaq. Doğrudur, yüklər Laçın sərhəd keçid məntəqəsindən Azərbaycan qanunları çərçivəsində keçməlidir və bu, gömrük rüsumu ödənməklə olacaq. Bu baş vermədikcə Xankəndi yolunu açıq hesab etmək olmaz. Bəli, bu presedent yarada bilər. Əgər Beynəlxalq Qızıl Xaç Cəmiyyəti razılaşmaya görə bu yükləri Ağdamdan daşıyacaqsa və davamlı olacaqsa bundan sonra yolun açılmasından danışmaq olacaq.
Ağdam-Xankəndi yolunun açılması Azərbaycan əleyhinə "blokada", “aclıq, humanitar fəlakət”, “etnik təmizləmə" kimi anti-Azərbaycan iddialarını zərərsizləşdirəcək. Yol işləkdirsə, demək blokadadan danışmaq olmaz. Bu, ermənilərin, havadarlarının sərsəm arqumentlərini əllərindən alacaq.
Digər bir tərəfdən, rus TIR-larının yoldan keçməsi Rusiyanın mövqelərini gücləndirdi. Çünki Nikol Paşinyan tərəfdarı olan qonradma Araik Arutunyan hakimiyyəti devrildi və Rusiyayönümlü Qarabağ klanına aid insanların seçdiyi Şahramanyan timsalında yeni bir qondarma hökumət formalaşdırılacaq. Bu da Rusiyanın yenidən separatçı rejimə nəzarət imkanını qazanması deməkdir. Ona görə də Rusiyanı heç bir prosesə buraxmaq olmaz. Əgər erməni icması ilə danışıqlar gedəcəksə bu, Azərbaycanın mərkəzi hakimiyyəti ilə, erməni icması arasında Azərbaycan şəhərlərinin birində getməlidir. Hər bir halda son hadisə Rusiyanın mövqelərini Qərbin fonunda daha da gücləndirdi.
-Deməli, Rusiya bölgədən çıxmağa hazırlaşmır?
-Rusiya heç bir zaman regionu tərk etməyi düşünməyib. Əgər buna hazırlaşsaydı, Qarabağda mövcud olan separatçıların rəhbərliyini dəyişməzdi.
Rusiyanın Qarabağla bağlı böyük planları var. Sual olunur: Rusiya özünün emissarı olan Ruben Vardanyanı niyə Qarabağdan çıxarmır. Çünki Qarabağ onun üçün Ermənistan hakimiyyətini devirib, yerinə özünün istədiklərini gətirmək üçün ən ciddi alətdir. Onlar zamanında necə Köçəryanı hakimiyyətə gətirdilərsə, bu gün də həmin model işləməyə davam edir. Bu gün Vardanyanın maliyyəsi ilə Ermənistanda siyasi partiyalar yaradılır və bu, İrəvanda ayın 17-də keçiriləcək mer seçkilərində iştirak edirlər. Mer seçkilərini qazanmaqla gələcəkdə hakimiyyətə gələn yolun önünü açmaq istəyirlər. Bu onu göstərir ki, Rusiya nəinki bölgədən getmək istəyir, əksinə Qarabağdan bir alət kimi istifadə edərək Ermənistanı yenidən öz orbitinə gətirməyi planlaşdırır.