BNA TƏBİB-lə birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparır

17:47 04.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparıb, 800-dən artıq sürücü yoxlanılıb.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, daşıyıcılarda virusa yoluxma faktı aşkarlanmayıb: "Hələlik sürücülərdə virusa yoluxma halı aşkarlanmayıb. Bu da bizim qabaqlayıcı tədbirlər görməyimizlə əlaqədardır. Qarajlarımız hər gün dezinfeksiya edilir".