Bolsonaro iğtişaşlar haqqında əvvəlcədən bilirdi - Braziliya prezidenti

11:58 19.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun ölkədən getməsi və seçkidə uduzduqdan sonra uzun müddət "sükut"u onun yanvarın əvvəlində baş verən iğtişaşlardan xəbərdar olduğu təəssüratını yaradır. Bu barədə GloboNews xəbər verir.

Da Silva qeyd edib ki, Bolsonaro dekabrın sonunda, prezidentlik müddəti bitməmiş, “sanki nədənsə qorxub qaçırmış kimi” ölkəni tərk edib. “Onun susması, hətta burada baş verənlərdən sonra belə, mənə elə bir təəssürat yaratdı ki, o, baş verən hər şeyi bilir, baş verənlərlə çox ümumi cəhətləri var”.
"Bəlkə də Bolsonaro çevrilişin şərəfinə Braziliyaya qayıtmağa ümid edirdi" deyib.

Həmçinin, da Silva söz verib ki, iğtişaşlarda iştirak edən bütün hərbçilər rütbəsindən və iştirak dərəcəsindən asılı olmayaraq cəzalandırılacaqlar.