Böyük qayıdış və məskunlaşma intensiv həyata keçirilir - Vüqar Bayramov

12:07 20.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropada Azərbaycana qarşı qərəzli və saxta qətnamələrin qəbul edilməsi təəssüf doğurmaqla yanaşı, həm də Azərbaycanın gücünü göstərən faktordur”.

 Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan regionun güclü dövləti olaraq Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək potensialına malikdir. 

“Bu regionun qurulmasına 12 milyard dollar pul xərclənib.  Artıq 2024-cü ilin dövlət büdcəsindən 3 milyard 825 min vəsaitin ayrılması nəzərədə tutulub. Bu da Azərbaycanın iqtisadi gücünü göstərən amildir. Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə öz daxili maliyyə mənbələri hesabına qurur və bu gün artıq məskunlaşmanın birinci mərhələsi davam edir. İlin sonunda  Şərqi Zəngəzura, Qarabağa 2000 ailənin qayıtması nəzərdə tutulur.  Böyük qayıdış və məskunlaşma intensiv həyata keçirilir və uğurla davam edir”.