“Boz zona” antiterror əməliyyatı ilə aradan götürülməlidir” - Qabil Hüseynli

10:24 19.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Azərbaycan öz ərazilərində “boz zona”nın yaradılmasına imkan verməyəcək”.  Rəsmi müstəvidə verilən bu bəyanat son vaxtlar intensivləşən erməni təxribatları və Laçın keçid-nəzarət buraxılış məntəqəsi ətrafında yaradılan “humanitar fəlakət” hay-küyü, beynəlxalq müstəvidə ölkəmzə qarşı yönələn təsirlərə qarşı verilən cavabların əsasında xüsusilə diqqət çəkib. Ermənistan və müharibədən sonra Azərbaycan ərazilərində sülhməramlı missiyanın müvəqqəti nəzarətində olan bölgədə gizlənərək yenidən revanşizmi genişləndirmək, ayrıca dövlət yaratmaq iddiaları ilə təxribatlar törədən erməni və havadarlarına qarşı belə bir xəbərdarlığın edilməsi zəruri və labüd olsa da, o “zona”nın necə ləğv olunması sualı qalır.

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Qabil Hüseynli qeyd edib ki, "boz zona" bəlli bir hakimiyyətin suverenliyinə aid olan, lakin ona tabeçilik göstərməyən, separatçı təsəvvürlərlə mərkəzi hakimiyyətə qarşı təxribatlar törədən, dövlətin qanunlarını qəbul etməyən, silahlı qruplaşmalar saxlayan  qeyri-anuni qruplaşmalar nəzərdə tutulur. Q.Hüseynli bildirib ki, bizim ərazilərimizdə- Qarabağın dağlıq hissəsində yaşayan mülki ermənilərin başında duran separatçı rejim və Ermənistanın 10 min nəfərdən çox silahlı dəstələri “boz zona” formalaşdırıb.

“Üçtərəfli müqavilə imzalanan zaman Rusiya separatçıları 40 gün ərzində ərazidən çıxaracağına söz vermişdi. Daha sonra 2 ay vaxt istədi. Lakin 2 aydan sonra isə separatçılıarı öz qanadı altına aldı, onalara təlim keçdi, silahlarla təhciz etdi. Bu gün 10 min erməni silahlı qüvvələri öz cinayətkar əməlləri ilə Azərbaycana tabe olmursa bu Rusiyanın köməyi dəstəyi sayəsində olub.  İndi Azərbaycan antiterror əməliyyatları keçirməli, boz zona aradan görürülməlidir. Məncə bu, sentyabrın sonlarına qədər baş tuta bilər. Azərbaycan ərazisində olan qeyri-qanuni dəstələri tərksilah etmək, eləcə də separatçı rejimin arxalandığı mühüm qüvvədən məhrum etmək istəyir. Düüşünürəm ki, Azərbaycanın bütün əraziləri üzərində suverenliyi baş tutacaq”.