Britaniya-Azərbaycan əməkdaşlığı daha da genişlənəcək - Vendi Morton

14:14 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək.

Bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Nazir bildirib: “İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum”.