Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulması ingilisləri və bütün dünyada kral ailəsinin digər ardıcıllarını şoka salıb.
Hafta.az-ın yazdığına görə, Bukingem Sarayı təxminən 10 gün əvvəl prostat əməliyyatı keçirən Çarlzın prostat xərçəngi olduğunu açıqlayıb.
Kral Çarlz naməlum bir müddətdə ictimai həyatdan uzaqlaşacaq.
Anası Kraliça II Elizabetin ölümündən sonra taxta çıxan 75 yaşlı Kral müalicəyə başlasa da, fəaliyyətini tamamilə dayandırmaq niyyətində deyil.
Dünən Bukingem Sarayından edilən açıqlamada, “Kral Çarlzın prostat vəzinin xoşxassəli şişin böyüməsi səbəbiylə xəstəxanadakı son əməliyyatı zamanı başqa bir problem aşkarlandı. Daha sonra aparılan müayinələr xərçəng növünün olduğunu göstərdi" deyilib.
Ümumiyyətlə, kral ailəsində əvvəllər də kimsə xərçəng olubmu? Siyahıya baxaq:
1. Kraliça Elizabetin anası.
“The Telegraph”ın xəbərinə görə, Çarlzın nənəsi, Kraliça Elizabetin anası Elizabet Boves Lion da xərçəng xəstəliyinə tutulub. Ona həyatı boyu bir neçə dəfə xərçəng diaqnozu qoyulub, lakin 2002-ci ildə 101 yaşında vəfat edənə qədər bu barədə ictimaiyyətə məlumat verilməyib.
Müəllif Uilyam Şavkross tərəfindən yazılmış tərcümeyi-halında, Elizabet Boves Liona 1966-cı ildə kolon xərçəngi diaqnozu qoyulduğu və şişinin həkimlər tərəfindən çıxarıldığı bildirilir.
1984-cü ildə yoluxduğu döş xərçəngi açıqlanmadı və döşündəki şişi çıxarmaq üçün əməliyyat olunduğu zaman yalnız “testlər”' üçün xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

2. Kral VIII Edvard.
Kral VI Georgun qardaşı və Kraliça II Yelizavetanın əmisi Kral VIII Edvard 1936-cı ildə qısa bir hakimiyyətdən sonra taxtdan imtina edib.
Siqaret çəkən Kral VIII Edvarda 1971-ci ildə boğaz xərçəngi diaqnozu qoyulub. Növbəti il 77 yaşında vəfat edib.
3. Kral VI Georg.
1936-cı ildə qardaşı Edvard taxtdan əl çəkdikdən sonra taxta çıxan Kral Georg həm də siqaret çəkirdi. O, 1951-ci ilin sentyabrında "skelet anomaliyaları" adlandırılan şeyə görə sol ağciyərini çıxartdırdı.
Əslində xəstəlik xərçəng idi. Lakin kralın həkimləri bu diaqnozu camaatdan, hətta onun özündən də gizlədirdilər. Əməliyyatdan sonra sağaldığı görünsə də, 5 ay sonar - 1952-ci ilin fevralında qəflətən ölüb.
Kral VI Georg damar xəstəliyindən əziyyət çəkdiyinə görə, o zaman bunun "koronar tromboza" səbəb olduğu güman edilirdi. O vaxtdan bütün bunların xərçəngin yayılmasının ağırlaşmalarının nəticəsi olduğu güman olunurdu.
Kral Çarlzın indi vəziyyəti və müalicəsi haqqında açıq danışmaq qərarı VI Georgun xəstəliyinə münasibətdən çox fərqli tibbi mühiti əks etdirir. Müasir diaqnostika və müalicə sayəsində xəstəliyin demək olar ki, bütün növləri üzrə yaxşı nəticələr təmin edilir, ona görə də xərçəng diaqnozu əvvəlki qədər bədbinlik yaratmır.

4. Kent şahzadəsi Maykl.
Kent şahzadəsi Maykl 2002-ci ildə dəri xərçəngindən müalicə olunduğunu açıqlayaraq kral ailəsinin bu məsələlərdə açıq ola biləcəyini göstərdi. O, xərçəngin həyatına təhlükə yaratmadığı üçün özünü çox şanslı hiss etdiyini bildirib.
2014-cü ildə Şahzadə Maykl tibbi məsələlərini şəxsi hesab etdiyini, lakin prostat xərçəngi müalicəsinin uğurlu olduğunu bildirdi.
5. York hersoginyası Sara Ferquson.
Şahzadə Endrü ilə evli olan York hersoginyası Saraya döş xərçəngindən müalicə aldıqdan cəmi altı ay sonra, 2024-cü ilin yanvarında melanoma (dəri xərçəngi) diaqnozu qoyulub.
64 yaşlı hersoginya diaqnoza baxmayaraq əhvalının yaxşı olduğunu bildirib.