Britaniya səfiri helikopter qəzasına görə başsağlığı verib

21:51 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Hafta.az-ın xəbərinə görə, səfir bu barədə "Twitter"də paylaşım edib.

“Bu gün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.